Sürətli və etibarlı
çatdırılma xidməti!
Bakıda keyfiyyətli və etibarlı kuryer xidməti axtarırsınızsa, sürətli və dəqiq çatdırılma ilə xidmətlərimiz sizin üçün ideal seçim ola bilər.
Qısa statistika
Haqqımızda
Bizim kuryerlər sənədlərdən tutmuş iri yüklərə qədər istənilən göndərişi operativ şəkildə çatdırırlar. İcraçıları diqqətlə seçir, müştərilərimizə nəzakətli, səliqəli və dəqiq kuryerlər təqdim edirik. Hər bir sifariş operatorlar tərəfindən nəzarətdə saxlanılır.
Bizim komandamızda yalnız etibarlı kuryerlər çalışır. Hər biri iki mərhələli yoxlamadan keçir. Sistemdə fəaliyyətə başlamazdan əvvəl onlar şəxsi görüş və təlim prosesindən keçirlər. Daha sonra daxili reytinq sistemi vasitəsilə menecerlər onların yerinə yetirdiyi sifarişlərin keyfiyyətini izləyir. Kuryerin reytinqindən asılı olaraq ona daha dəyərli yüklərin çatdırılması üçün icazə verilir və ya əks halda platformadan uzaqlaşdırılır.
Üstünlüklərimiz
- Kuryer xidmətimizlə göndərilən bütün mallar sığortalanıb və təhlükəsiz şəkildə çatdırılır.
- Bütün kuryerlərimiz şirkətimizin rəsmi işçiləridir. Bizimlə yalnız etibarlı kuryerlər çalışır. Hər biri iki mərhələli yoxlama prosesindən keçir.
- Biz həm fərdi müştərilər, həm də bizneslər üçün "gün ərzində" çatdırılma xidmətini cəmi 3 AZN qiymətindən başlayan əlverişli tariflərlə təklif edirik.
- Kuryer seçdiyiniz vaxt intervalında ünvana gəlir. Siz çatdırılma müddətini bir saat dəqiqliyi ilə müəyyən edə bilərsiniz.
- Kuryerin bütün hərəkətləri operatorlarımız tərəfindən nəzarətdə saxlanılır.
- Biz Bakı şəhəri üzrə istənilən mürəkkəblikdə çatdırılma xidməti həyata keçiririk, eyni zamanda kuryer icarəsi xidmətini də təklif edirik.
Xidmətlərimiz
- Kuryer xidmətimizlə çatdırılan mallar tam sığortalanmışdır.
Təcili kuryer sifarişləri
Təcili kuryer xidməti sayəsində Bakı şəhəri daxilində göndərişləriniz maksimum 1 saat ərzində alıcıya çatdırılır. Bunun üçün, qiymət hesablaması bölməsində sadəcə “Təcili sifariş” seçimini qeyd etmək kifayətdir.
Mağaza sifarişlərinin çatdırılması
Bu xidmət sayəsində ölkə daxilində onlayn ticarətlə məşğul olan şirkətlərlə əməkdaşlıq edərək məhsulların piyada, moto və avtomobil kuryerləri vasitəsilə fərdi və korporativ sifarişçilərə sürətli çatdırılmasını təmin edirik.
Məktubların/bağlamaların çatdırılması
Fərdi və korporativ məktubların, eləcə də bağlamaların çatdırılmasını təmin edirik. Xidmət haqqında ətraflı məlumat üçün göstərilən nömrələrlə əlaqə saxlamanızı xahiş edirik.
Dəvətnamələrin çatdırılması
Ad günü, toy, sərgi, bayram təbrikləri və digər dəvətnamələrin münasib qiymətlərlə piyada, moto və avto kuryerlər vasitəsilə çatdırılmasını həyata keçiririk.
Geri dönüş və seçim xidməti
Kuryerimiz sizdən sənədləri götürür və tamamlanmış sənədləri geri gətirir. Eyni zamanda, kuryerimiz müəyyən sayda məhsulu götürərək müştəriyə təqdim edir və geri gətirir.
Gül buketlərinin çatdırılması
Ölkə ərazisində fəaliyyət göstərən gül mağazaları ilə fərdi və korporativ qaydada məhsulların piyada, moto və avto kuryerlər vasitəsilə çatdırılmasını həyata keçiririk.
Ödənişlərin müştəridən alınması
Məhsul müştəriyə çatdırıldıqdan sonra, kuryerlərimiz ödənişi birbaşa müştəridən qəbul edirlər. Bu xidmət, alış-veriş prosesinizi daha sürətli, rahat və etibarlı etmək məqsədi daşıyır və ödəniş əməliyyatlarınızı sadələşdirir.
Müştəri brendinin təmsili
Kuryerimiz, məhsulu göndərən mağazanın rəsmi nümayəndəsi kimi təqdim olunur. Müştəri, məhsulun çatdırılması zamanı mağazanın etibarlı kuryeri ilə əlaqə saxladığını dəqiq bilir və xidmətə olan inamını artırır.
Partnyorlar
- iBay.az
- Dərs Evi
- Lux Stroy
- FortPage
- ZEN.AZ
- Hamtam
- Titan Electronics
- Titan Electric
- Zombi.az
- vCardMade
- Yepica
- Gigi.az
- Texno Aptek
- Hesk İT
- Landau School
- Parfum Shop
- Dr. Baku
- Mega Gallery
- Coffee Shop Baku
- Banvin MMC
- Hostimul
- Winson Systems
- Polemak
- EcoLap Baku