Təcili kuryer sifarişləri
Təcili Kuryer Xidməti – Bakı üzrə 1 Saatda Çatdırılma
Sürətli və Prioritetli Göndəriş
Təcili kuryer xidməti sayəsində Bakı şəhəri daxilində göndərişləriniz maksimum 1 saat ərzində alıcıya çatdırılır. Bunun üçün qiymət hesablaması bölməsində sadəcə “Təcili sifariş” seçimini qeyd etmək kifayətdir. Sifarişiniz dərhal sistemdə prioritet olaraq qeydə alınır və ən yaxın kuryer yönləndirilir. Bu xidmət xüsusilə vaxt məhdudiyyəti olan təcili sənədlər, hədiyyələr, onlayn sifarişlər və digər vacib göndərişlər üçün idealdır.
Tam Nəzarət və Təhlükəsiz Daşınma
Sifarişin yaradılmasından etibarən bütün proses tam nəzarətdə saxlanılır. Bağlamanızın təhlükəsiz şəkildə alıcıya çatdırılması üçün kuryerlərimiz xüsusi qaydalara əməl edir və göndərişlər diqqətlə daşınır.
Müştəri Məmnuniyyəti və Keyfiyyətli Xidmət
Şirkətimiz müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməyi əsas məqsəd olaraq qəbul edir. Hər gün yüzlərlə sifarişin uğurla və vaxtında çatdırılmasını təmin edərək, müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmağa çalışırıq.